İstanbulda möhtəşəm gecə!..

İstanbulda ötən  gecə Azərbaycanın  Baş Konsulluğunun təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edilib. Mərasimdə çox sayda millət vəkili, siyasi -ictimai təşkilatların nümayəndəsi,iş adamları, elm və incəsənət xadimləri, İstanbuldaki azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak ediblər. Ziyafətin açılışı Azərbaycanın İstanbuldaki Baş Konsulu Həsən Zeynalovun çıxışı ilə başlayıb. Baş Konsul məclis iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarına müraciətini oxuyub. Sonra məclis iştirakçılarını millət vəkili və xalq şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar təbrik edib. Məclisdə iştitarak edən bir çox siyasət, elm və incəsənət aləminin nümayəndələri bu günün Azərbaycan xalqı üçün nə qədər yüksək əhəmiyyət daşıdığından və Azərbaycanın qısa bir müddət içində surətlə inkişafından və tərəqqisindən danışıblar. Mərasim möhtəşəm konser proqramı ilə başa çatıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00