İstiqlalçı deputatlar bir araya gələcək
28 Dekabr 2012 17:15 SiyasətDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə istiqlalçı deputatlar bayram tədbiri keçirəcəklər. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, dekabrın 29-da baş tutacaq toplantı Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək. Tədbirdə Azərbaycanın ictimai-siyasi həyatında olan bütün ictimai xadimlər, hüquq müdafiəçiləri iştirak edəcək.
Xatırladaq ki, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü olması ilə bağlı 1991-ci ilin 25 dekabrında Azərbaycan Milli Şurası qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00