Cəmil Çiçək: "Azərbaycan torpaqlarının işğalı Türkiyəni ən çox narahat edən məsələdir"

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Türkiyəni ən çox narahat edən məsələlərdən biridir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Yeni il müraciətində bildirib.
Çiçək deyib ki, Türkiyəni 2012-ci ildə müxtəlif münaqişələr səbəbindən dünyada zorakılıq hallarının böyük əksəriyyətinin müsəlman ölkələrində baş verməsi faktı da narahat edir.
Spiker bütün dünyaya uğurlu il və zorakılığın dayandırılmasını arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00