"İrana qarşı olan sanksiyalar aradan qalxa bilər" - Rasim Musabəyov

“İranın bu bəyanatı daha çox təbliğati xarakter daşıyır”

İran Qərb ölkələrinin nüvə silahı istehsal etdiyini iddia etdiyi Parçin bazasında yoxlama aparmaq üçün  Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAE) səlahiyyətlilərinə icazə verəcəyini açıqlayıb. İranın bu qərarı siyasi analitiklər tərəfindən birmənalı şəkildə qarşılanmır. Siyasi mütəxəssislərin fikirlərinə görə İran hakimiyyəti bununla baş verə biləcək İsrail-İran müharibəsini və Aİ-nin iqtisadi sanksiyalarını dəf etmək istəyir. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə İran dəfələrlə buna bənzər iddialarla çıxış edib: "Ortada konkret olaraq MAQATE-nin tələbləri var, həmin tələblərə əməl etmək lazımdır. İran tərəfi MAQATE-nin bu tələblərini yerinə yetirsə iqtisadi sanksiylar aradan qalxa bilər. İran bununla bağlı konkret addım atmaq istəyirsə, ortada "5+1" mexanizmi var və konkret bu istiqamətdə danışmaq lazımdır. İranın bu bəyanatı daha çox təbliğati xarakter daşıyır" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00