Müasir Müsavat partiyasında ilin yekunu
Hafiz Hacıyev: “MMP 2013-cü ilin prezident seçkilərində iştirak edəcək”
28 Dekabr 2012 15:47 Siyasət"2012-ci il partiya üçün uğurlu ilk olub". Bu barədə "OLAYLAR"a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə MMP-nın təşkilatlanması, parlament seçkilərindən sonra rayon təşkilatlarını gücləndirmişik: "Xalq arasında geniş təbilğat, təşviqat işlərinin qurulmasında xüsusi təbliğat-təşviqat qrupları yaratmışıq. Sonra Azərbaycanın keçmiş prezidenti Əblüfəz Elçibəyin ölümü ilə bağlı Respublika Prokurorluğuna müraciət eləmişəm. Bu barədə cinayət işi qaldırıldı, hal-hazırda da istintaq işləri davam edir və bunun xalq arasında geniş yayılmasına nail olmuşuq. 2012-ci il prezident seçkilərinə tam hazırlıq ili olub, bu istiqamətdə MMP tam tərkibdə hazırlaşıb və hazırlaşır. 2013-cü ilin seçkilərində partiyamız öz namizədi ilə iştirak edəcək" (OLAYLAR İA)