Azərbaycanın Efiopiyada səfirliyi açıldı

Azərbaycan Respublikasının Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyi təsis edilib. \"OLAYLAR"İA\  Sözügedən qanun layihəsi barədə millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanın 70-dən artıq ölkədə səfirlik və konsulluğu var. Afrika ölkələri ilə də əməkdaşlığın yüksəldilməsinə ehtiyac var: "Efiopiyada yalnız Rusiya və Türkiyənin səfirliyi fəaliyyət göstərir. Onlar azərbaycanlılara lazımı səviyyədə xidmət göstərə bilmir. Ona görə də bu ölkədə səfirliyin açılması zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00