Azərbaycan İtaliya ilə hərbi əməkdaşlıq edəcək
28 Dekabr 2012 14:16 SiyasətBu gün Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə" saziş təsdiq edilib. \"OLAYLAR"İA\ Sənəd barədə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri bildirib ki, sənəd hər iki dövlətin maraqlarına xidmət edir. Məhz bu səbəbdən qeyri-müəyyən müddətə nəzərdə tutlub. Sənədə əsasən Azərbaycan İtaliya ilə təhlükəsizlik, müdafiə, hərbi kadrların hazırlanması sahəsində əməkdaşlıq edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00