Həmməruzəçilər hesabat hazırlayır - Səməd Seyidov
“Azərbaycan Kristofer Ştrasserlə əməkdaşlıq etmir ”
28 Dekabr 2012 14:16 SiyasətAŞ PA-nın yanvar sessiyasında Ermənistan Dağlıq Qarabağ məsələsini gündəliyə salmağa cəhd edə bilər".Bunu jurnalistlərə açıqlamasında deyən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, yanvar sessiyasında Avropa Şurası məruzəçilərinin Azərbaycanla bağlı məruzəsi müzakirəyə çıxarılacaq: "O məruzə bizə məlumdur. Ancaq Ermənistanın öz tərəfindən Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxaracağını gözləyirəm". Millət vəkili həmçinin bildirib ki, sonuncu əfv sərəncamında Kristofer Ştrasserin siyahısında 13 "siyasi məhbus"un da yer alması barədə mətbuatda yazılanlar onu təəccübləndirib: "Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan üzrə Debona Qrex və Pedro Adramonu məruzəçi təyin edib, məruzə hazırlanıb. Biz bu məruzə əsasında konstruktiv əməkdaşlıq edirik. Bu məruzədə də məhbusların adı vardı. Ancaq nədənsə mətbuat bu məsələyə yox, Kristofer Ştrasserin məruzəsinə diqqət yönəldib. Ola bilər ki, eyni şəxslərin adı Kristofer Ştrasserin də siyahısında yer alsın. Ancaq Azərbaycan Kristofer Ştrasserlə əməkdaşlıq etmir".