"Rusiyanın çökməsi Qarabağı gündəmə gətirəcək" - Vəfa Quluzadə
“Rusiya imperiyası çökür və bu amil Dağlıq Qarabağın qaytarılması istiqamətində əhəmiyyətlidir”
28 Dekabr 2012 12:14 SiyasətRusiya Dağlıq Qarabağı müzakirə masasına qoymaqda maraqlı deyil. Bunun da səbəbi RF-nin imperiya ambisiyalarına qayıtmasıdır. Vladimir Putinin SSRİ-nin yeni modeli olan "Avrasiya İttifaqı" adlı qurum yaratmaq cəhdləri Dağlıq Qarabaq münaqişəsinin həllini uzadır. Bu çərçivədə də Dağlıq Qarabağın gələcək taleyi Azərbaycan üçün əsas söz mövzusudur. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Qarabağın azad olmasını təsəvvür etmək üçün Dağlıq Qarabağın necə işğal olmasına baxmaq lazımdır: "Çox təəssüflər olsun ki, nə sıravi vətəndaşlar, nə jurnalistlər bu işğal prosesini düzgün xarakterizə etmirlər. Rusiya Azərbaycan torpaqlarında "erməni dövləti" yaratmaq istəyindədir. Bu ideyların həyata keçirilməsi üçün hələ XVIII əsrdə ermənilər sürətlə ruslar tərəfindən Qarabağa köçürülüb. Buna qədər isə ermənilər kiçik tayfalar şəklində Şərqdə yaşayırdılar. Ermənilər Qafqaz regionuna köçürüləndən sonra ruslar onlar üçün dövlət qurdu, ideologiya yaratdı. Açıq şəkildə görünür ki, Rusiya Qafqazda özü üçün güclü xristian müttəfiq yaratmaq istəyir və bu çərçivədə də Rusiyanın Dağlıq Qarabağdan çəkilməsi inandırıcı deyil. Bu səbəbdən də Rusiya Dağlıq Qarabağı işğal elədi. Hal-hazırda Rusiya imperiyası çökür və bu amil Dağlıq Qarabağın qaytarılması istiqamətində mühüm əhəmiyyətlidir. Təsəvvür edin ki, RF tək Qəbələ RLS-i işlətmək iqtidarında olmadı, bütün bu faktorlar Rusiya imperiyasının çökməsindən xəbər verir. Rusiya çökmədən Dağlıq Qarabağın qaytarılması mümkün deyil. Hal-hazırda Rusiya ətrafında yaranmış böhran Azərbaycanın lehinə işləyən amildir" ("OLAYLAR" İA)