Rəsmi Moskva Suriyadan geri çəkilmək istəmir - AÇIQLAMA

Ərəstun Oruclu: “Rusiyanın öz məqsədləri naminə Suriya müxalifetleri ilə razılığa gəlmək cəhdi gözləniləndi”

Türkiyə mətbuatının məlumatına görə Rusiyanın Suriya müxalifləri və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMİQMK) sədri Əhməd Muaz əl-Xatibə Suriyadakı vəziyyət barədə görüşmək üçün dəvət göndərdiyi bildirilir. Məlumat Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov tərəfindən təsdiq edilib. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiyanın Suriyaya qarşı olan maraqları naminə bu cür addımlar atması yeni görünüş deyil: "Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən belə bir addım ABŞ-da keçirilən prezident seçkilərindən dərhal sonra atılmışdı, Lavrov o zaman da məsələ barədə Suriya müxalifləri ilə görüşüb. Rusiya Suriya misalında özünə əbədi müttəfiq axtarmır. Rəsmi Moskva xarici siyasətində daha praqmatik olmağa üstünlük verir. Nəzərə alsaq ki, Əsəd rejiminin çökməsi artıq qaçılmazdı və Rusiya təbii ki, buna görə də gələcək haqqında düşünür. Rusiyanın öz məqsədləri naminə bu yola əl atacağı gğzlənilən idi". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00