“İndiki vəziyyətdə Güney Azərbaycan müstəqil ola bilməz”

Fazil Mustafa: “Güney Azərbaycan fars dünyagörüşündən kənara çıxsa müstəqilliyi öz əlində olacaq”

İran ətrafında yaranmış qarışıq situasiya Güney Azərbaycan məsələsini ortaya atdı. BMT və ABŞ Konqresinin müzakirə masasına çıxarılan Güney Azərbaycan layihəsi hələ də dünya mətbuatında öz qaynarlığını saxlayır. Siyasi analitiklər Güney Azərbaycanın Quzeyə birləşdirilməsinin artıq vaxt məsələsi olduğunu bildirirlər. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə Güney Azərbaycanın müstəqil olması birbaşa İranla bağlı məsələ deyil, bu Güneydə olan düşüncənin, dünyagörüşün dəyişməsilə bağlı olan məsələdir: "Çox təəssüflər olsun ki, İran satanist dünyagörüşündə formalaşmış bir cəmiyyətimiz var orada. Güneyin İrandan qopmasını əngəlləyən bir sıra amillər var, bu faktorlar da imkan vermir ki, orada cəmiyyətin əksər hissəsində azadlıq mübarizəsi başlansın. Bu baxımdan da problemlər çoxdur və bu problemlərin əksəriyyəti də bununla əlaqədardır. Əgər azərbaycanlılar İran sistemindən daha fərqli bir dünyagörüş istiqamətinə yönəlsələr və daha fərqli şəkildə İslam düşüncəsinə bağlansalar, farsların düşüncəsinə uyğun olaraq İslam dünyagörüşündən çıxsalar Güney Azərbaycanın müstəqilliyi öz əlində olacaq. Və qısa müddətə öz istəklərini həyata keçirə biləcəklər. Əks halda isə indiki vəziyyətdə Pişəvərinin uğurunu yenidən görmək sadəlövhlük olardı. Yaxud da Quzey Azərbaycan həddindən artıq güclü olsun ki, İrana təsir edə bilsin, Güneydəki azadlıq hərəkatını dəstəkləsin. Hələlik Güneyin taleyi ilə bağlı ümidverici vəziyyət görünmür" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00