İsa Qəmbərlə Əli Kərimli seçkilərdə çəmi 1-2 faiz səsə iddia edə bilər - FİKİR

Mübariz Qurbanlı: “Həmin şəxslərin bir yerdə bundan artıq səs qazanmaları mümkün deyil”

"Biz istənilən namizədi özümüz üçün siyasi rəqib sayırıq. Bizim-hakim partiya üçün siyasi müstəvidə istənilən namizəd siyasi rəqibdir". Bunu deyən Yeni Azərbaycan Partiyasından  olan millət vəkili Mübariz Qurbanlı İsa Qəmbərin  Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hakim partiya qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı namizədinin geniş əhali təbəqəsi tərəfindən dəstəklənməsi və qələbə əldə etməsi üçün  öz təbliğat - təşviqat işlərini aparacaq: "Eyni zamanda, biz namizədimizin qələbəsi üçün bütün digər lazımi işləri aparacağıq və yenidən onun qələbə əldə etməsinə  nail olacağıq. Gələcəkdə namizəd "Müsavat" başqanıdır, yaxud, AXCP sədridir, fərq etməz, onların elektoratı eynidir, dəyişməyəcək. Onların cəmiyyət arasında ciddi sosial bazası, dayaqları, nüfuzları yoxdur, həmin şəxslər seçkilərdə çəmi 1-2  faiz səsə iddia edə bilər, yəni, həmin şəxslərin bir yerdə bundan artıq səs qazanmaları mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00