Bidzina İvanişvilinin Azərbaycana rəsmi səfəri başa çatıb
27 Dekabr 2012 13:20 SiyasətDekabrın 27-də Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır. AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00