Diaspor nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edəcək
27 Dekabr 2012 13:10 Siyasət31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və komitənin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. "OLAYLAR"-a daxil olan məlumata görə, komitə əməkdaşları ilə yanaşı bir sıra ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də bu tədbirdə iştirak edəcək. Dövlət Komitəsinin rəhbərliyi adından Heydər Əliyevin məzarının önünə əklil qoyulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00