Erməni terror təşkilatı azərbaycanlı alimin qətlinə fərman verdi
Bəxtiyar Tuncayın kitabı xain qonşularımızı qəzəbləndirib
27 Dekabr 2012 12:42 SiyasətBir neçə ay öncə tarixçi alim, AMEA Folklor İnstitutunun əməkdaşı Bəxtiyar Tuncayın rus dilində yazdğı və internetdə yayımlanmış "ПИСЬМЕННОЕ НАСЛЕДИЕ КАВКАЗСКИХ АЛБАН" adlı kitab və "ЯВЛЯЕТСЯ ЛИ ГРАБАР ДРЕВНЕАРМЯНСКИМ ЯЗЫКОМ?" adlı məqalə Ermənistanda böyük qəzəblə qarşılanıb. Ölkədə fəalliyyət göstərən "VOSKANAPAT" terror təşkilatı Bəxtiyar Tuncayın qətlinə fərman verib. Bu barədə məlumat http://voskanapat.do.am/forum/8-174-105 linkində yerləşdilib. Məlumatda qeyd olunur ki, təşkilatın kiber müharibə qrupuna azərbaycanlı alim haqqında məlumatlar toplanması tapşırılıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00