Bidzina İvanişvili: «Mən gördüm ki, Azərbaycan öz ölkəsi, öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir»
27 Dekabr 2012 10:28 SiyasətGürcüstanın baş naziri Bidzina İvanişvili Bakıda gürcü jurnalistlərə Azərbaycan rəhbərliyi ilə görüşünə dair təəssüratlarını bölüşüb. Baş nazir ölkə rəhbərliyinin onda müsbət təəssürat doğurduğunu açıqlayıb: "Mən gördüm ki, Azərbaycan öz ölkəsi, öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir".İvanişvili qeyd edib ki, Azərbaycan rəhbərliyi ölkəsini uzaqgörənliklə idarə edir: "Prezident və baş nazirlər görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər mövcuddur. Əgər aramızda hansısa kiçik problemlər yaransa, biz o problemləri dostluq şəraitində həll edə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00