Gürcüstan güzəştə şantajla cavab verir
26 Dekabr 2012 16:06 Siyasət"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması üçün Azərbaycan Gürcüstana 775 milyon ABŞ dolları kredit verib. Artıq işlərin 70 faizi yekunlaşıb. Yeni baş nazir narahatdır ki, bu dəmiryolu işə düşəndən sonra Gürcüstan dəmiryolunun daşınma payı azalacaq və bu da iqtisadiyyat üçün yükdür". Bunu deyən "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev "Olaylar"a bildirib ki, bu narahatlıq 775 milyon dolların Gürcüstana kredit kimi verilməsindədir. Çünki Gürcüstan hesab edir ki, bu layihə daha çox Azərbaycana lazımdır və ona görə də xərcləri də qarşılanmalıdır: "Digər məsələ Gürcüstanın yeni hakimiyyətinin seçkilərə qatılan zaman enerji tariflərinin aşağı salınması ilə bağlı verdiyi vədlərdir. Amma qazın və benzinin qiymətinin aşağı salınması Azərbaycan Dövlət Neft Şirkətindən asılıdır. Neft şirkəti isə vergi yükünün azaldılmasının tələb edir". Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycan Gürcüstana kifayət qədər güzəştlər edib və bu güzəşt həmişə şantaj kimi səslənib. Daha çox güzəşt etdikcə, onlar daha çox istəyir. Buna görə də Azərbaycan tərəfi sona qədər dirəşəcək".