İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib
Prezident Bidzina İvanişvili və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb
26 Dekabr 2012 15:55 SiyasətPrezidenti İlham Əliyev bu gün Gürcüstanın baş naziri rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, eləcə də regional məsələlər müzakirə olunub. Bundan başqa, tərəflər enerji daşıyıcılarının ixracı məsələsinə də toxunublar.
Qeyd edək ki, bu Bidzina İvanişvili Azərbaycana baş nazir postunda ilk səfəridir. Nümayəndə heyətinə xarici işlər naziri, iqtisadiyyat, energetika naziri və diaspor məsələləri üzrə dövlət naziri daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00