Bidzina İvanişvili Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Gürcüstan Baş nazirinə paytaxt görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib
26 Dekabr 2012 13:15 SiyasətAzərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Məzarı önünə əkil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülüb.
Bidzina İvanişvili Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Paytaxtın mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.