VHP bloklara qoşulmayacaq

Vətəndaş Həmrəyliyi Partiyası 2013-cü ilin prezident seçkiləri ərəfəsində müxalifət daxilində mövcud olan blok və birliklərə qoşulmaq niyyətində deyil. Belə bir açıqlama ilə çıxış edən partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədli "OLAYLAR"-a deyib ki, Vətəndaş Həmrəyliyi Partiyasının bloklara qoşulmamaq barədə qərarı var: "Partiyanın bloklara qoşulmamasının bir səbəbi də odur ki, bloklar daxilində partiyalar səmimi şəkildə əməkdaşlıq etmirlər. Bunu yaxın keçmişdə mövcud olan əməkdaşlıq formalarını göstərmək olar. Müəyyən zaman keçdikdən sonra partiyalar arasında ciddi problemlər, qarşıdurmalar yaranır. Həmçinin partiyaların blokların tərkibində bu və ya digər seçkilərə qatılması çətinliklər yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00