İvanişvilinin Azərbaycana səfəri başlayıb
Gürcü nazirin prezident İlham Əliyev və Artur Rəsizadə ilə görüşləri nəzərdə tutulur
26 Dekabr 2012 12:29 SiyasətGürcüstanın Baş naziri Bidzina İvanişvili dekabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00