Cümşüd Nuriyev Əli Kərimlinin ABŞ-dakı gizli görüşlərini açıqlayacaq

Cümşüd Nuriyev: “Tamhordla onun hansı danışıqları olub, Tansu Çillərlə, Ayvaz Gökdəmirlə nələr edibsə qoyacam ortaya”

"AZADLIQ" qəzetinin müxbiri Alı Rza yazır sosial şəbəkədə ki: "Politoloq Cümşüd Nuriyevin Müsavat başqanı İsa Qəmbəri dəstəkləməkdə marağı var". Alı Rzanın bu cür fikirlər səsləndirməsinin səbəbi politoloq Cümşüd Nuriyevin son zamanlar Azərbaycan mətbuatında tez-tez İsa Qəmbəri müxalifətin ən layiqli namizədi olaraq tanımasıdır. Politoloq Cümşüd Nuriyev məsələyə aydınlıq gətirərək bildirib ki, İsa Qəmbər haqqında öz şəxsi fikirlərimi deyib: "Onun bir neçə qalmaqalda adı keçib, hələ mən orada çox az bir hissəsini verdim. İndi ki, onlar məndən başqa şey tələb edirlər və iddia edirlər ki, mənim İsa Qəmbərə qarşı şəxsi marağım var, onda mən Əli Kərimlinin ABŞ-dakı gizli görüşlərini xüsusi sənədlərlə açıqlayacam, açıqlamaq məcburiyyətində qalcam, daha doğrusu. Meqaoil kimdi, Əli Kərimli niyə orada Kollsinslə görüşdü, Tamhordla onun hansı danışıqları olub, Tansu Çillərlə, Ayvaz Gökdəmirlə nələr edibsə qoyacam ortaya. Bundan sonra tam məlum olacaq ki, müxalifət üçün ən uğurlusu İsa Qəmbərdir. Bu cür açıqlamaları Lalə Şövkət, Rəsul Quliyev, Etibar Məmmədov da istəyir. İsa Qəmbərlə bağlı açıqlamam mənim şəxsi mövqeyimdir və heç bir marağa söykənməyib. İsa Qəmbərlə çox işlədiyim üçün onu yaxşı tanıyıram, Əli Kərimli ilə daha az işləmişəm. Sadəcə qıraqdan baxanda mənim yanaşma tərzim elə görünür ki, guya mənim İsa Qəmbərə şəxsi simpatiyam var. Azərbaycan mətbuatında onu daha çox mən tənqid edirəm. Bu bir baxış bucağıdır, əgər bu bucaqdan onlar narahat olurlarsa demək günah məndə yox, onlardadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00