"Azərbaycan qarşıya qoyduğu bütün planları reallaşdırdı" - AÇIQLAMA

"2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Bu da təbiidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirib. PA rəsmisi deyib ki, Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var: "Digər tərəfdən dünya dövlətləri də Azərbaycana böyük etimad göstərir. Ona görə də, düşünürəm ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün planları reallaşdırdı". Novruz Məmmədov bildirib ki, 2013-cü il ölkəmiz üçün xüsusi bir olacaq: "Gələn il Azərbaycanın taleyində çox mühüm bir hadisə olan perizdenti seçkiləri keçiriləcək. Biz bu tarixi hadisəyə doğru irəliləyərkən də bilirik ki, 2013-cü il çox mühüm bir inkişaf mərhələsinin bitib, yeni bir mərhələnin - 2020-ci ilə hesablanmış böyük inkişaf mərhələsinin başlanğıcı olacaq. Azərbaycan gələn il də öz siyasi, iqtisadi, diplomatik prinsiplərinə sadiq qalaraq, daha da inkişaf edəcək. Prezident İlham Əliyevin güclü iradəsinə əsaslanan, qarşıya qoyduğu planlarla bağlı proseslər çox uğurla gedir. Azərbaycan qarşıya qoyduğu istənilən məqsədə, hədəfə çatmaq əzmində və iqtidarındadır. Ona görə də, hər il bizim üçün böyük tarixi nailiyyətlərlə yadda qalır. 2013-cü il də bu illərın sırasında növbəti uğurlu il kimi tarixdəki yerini alacaq və 2013-cü ildə daha böyük uğurlar qazanacağımıza şübhə yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00