Torpaqlarımızı azad edəcəyik

Novruz Məmmədov: “Buna heç kimin şübhəsi olmasın”

"Ermənistan tərəfi danışıqları uzatmaq üçün nə qədər bəhanələrə əl atır atsın, nə qədər səy göstərir göstərsin, buna nail ola bilməyəcək. Status - kvo mütləq dəyişməlidir və dəyişəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə  Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirib. PA rəsmisi deyib ki, artıq Azərbaycanın güclənən mövqeyi, artan qüdrəti münaqişənin həlli perspektivini yaxınlaşdırır: "Biz bu günə qədər dəfələrlə demişik ki, status-kvo dəyişməlidir, indi isə həmsədr dövlətlərin rəhbərləri özləri bəyan edirlər ki, status-kvo davam edə bilməz. Biz istəyirik ki, beynəlxalq hüquq işləsin, güclü beynəlxalq təşkilatlar bu işlə daha ciddi səylə məşğul olsunlar. Nə olursa olsun, biz torpaqlarımızı azad edəcəyik. Buna heç kəsin şübhəsi olmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00