Müsavat AXCP-in cavabını verdi

Hüseyn Məlikov: “Müxalifətin ən layiqli namizədi İsa Qəmbərdir”

Mətbuata açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vahid namizəd məsələsinə toxunub. Sədr müavininin sözlərinə görə Azərbaycan cəmiyyəti vahid namizəd kimi AXCP sədri Əli Kərimlini görür. Məsələyə münasibət bildirən Müsavat başqanının müşaviri Hüseyn Məlikovun sözlərinə görə Fuad Qəhrəmanlının öz sədrini dəstəkləməsi onun ən təbii haqqıdır "Fuad Qəhrəmanlının bu açıqlaması çox normaldır. Bir partiya üzvü kimi Qəhrəmanlı Əli Kərimlini dəstəkləmələdir. Əgər sədr müavini başqasını dəyərləndirsəydi bu normal vəziyyət hesab olunmazdı. Mən isə öz növbəmdə deyirəm ki, müxalifətin ən layiqli namizədi İsa Qəmbərdir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00