Məşvərət Məclisi Elçibəyin məzarını ziyarət edəcək

Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. Qurumdan "OLAYLAR"-a daxil olan məlumata görə,  AMİP Qərargahında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci tarixli qərarının 65 illiyi ilə bağlı Məşvərət Məclisi tərəfindən keçirilmiş konfrans, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbirlər və cari məsələlər güniş müzakirə edilib. Yığıncaqda 31 dekabr tarixində Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan siyasi partiyaların şəhidlər xiyabanını, Əbülfəz Elçibəyin və Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etməsilə bağlı qərar qəbul olunub, dünya azərbaycanlılarına təbrik ünvanlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00