Siyavuş Novruzovdan orijinal təklif
Partiya rəhbərləri üzvlərə təlim-tərbiyə işləri keçməlidir
25 Dekabr 2012 15:01 Siyasət"Azərbaycanda siyasi məhbus yoxdur. Bu məsələni qaldıranlar üçün siyası məhbus anlayışının hansı kateqoriyaya aid olması başa düşülən deyil". ("OLAYLAR"İA) Bunu deyən millət vəkili, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda bu və ya digər əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var: "Onların hansı siyasi partiyanın üzvü olmasına baxmayaraq, hansı qəzetdə jurnalist olmasından asılı olmayaraq törətdiyi əməlin nəticəsində məsuliyyətə cəlb olunublar, baxışlarına, fikirlərinə görə yox. Əgər davranışında kimlərsə cinayətə yol verirsə, o partiyanın rəhbərləri onları düzgün yola dəvət etməlidir, onları qeyri-qanuni mitinqlərə çıxmamağa çağırmalıdır. Onların hər birinə təlim-tərbiyə işləri keçməlidir".