Prezident seçkiləri və Qurban bayramı

Siyavuş Novruzov: “Azərbaycanda seçkilər Seçki Məcəlləsi ilə müəyyən edilir

Gələn il ölkədə keçiriləsək prezident seçkiləri Qurban bayramına düşəcək. Bu məsələ müxtəlif siyasi dairələrdə müxtəlif cür yozulur. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda seçkilər Seçki Məcəlləsi ilə müəyyən edilir: "Seçki Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, prezident seçkiləri oktyabr ayının üçüncü həftəsinin  çərşənbə günü keçirilməlidir. Məhz həmin gün Qurban bayramı ilə eyni günə düşüb. İndi qəzetlərdə yazırlar ki, bunlar seçkiləri qəsdən Qurban bayramına salıblar ki, camaata ət paylayıb səs alacaqlar. Bu qədər dinə, adət-ənənəyə, seçki sisteminə laqeyd, məsuliyyətsiz yanaşma olmaz.  Əgər onlar hüquqşünas, siyasətçidirlərsə, bilməlidilər ki, qanun qarşısında hamı bərabərdir və hamı ona qulluq etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00