MDHP seçkilərə öz namizədi ilə gedəcək
25 Dekabr 2012 13:17 SiyasətGələn il keçiriləcək prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyası öz namizədi ilə iştirak edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədri, millət vəkili Fərəc Quliyev deyib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının prezident seçkiləri ilə əlaqədar rəsmi qərarı isə gələn ilin əvvəllərində açıqlanacaq: "Gələn il Milli Dirçəliş Hərəkatı Partiyasının qurultay və yaxud onu əvəz edəcək konfransı keçiriləcək. Həmin tədbirdə partiyanın rəsmi mövqeyi açıqlanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00