İsa Qəmbərdən müxalifətə ağır zərbə - AÇIQLAMA
Əli Oruclu: “Müsavat namizəd məsələsində tələskənlik nümayiş etdirdi”
25 Dekabr 2012 13:11 SiyasətMüsavat Partiyası Divanının toplantısında İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürüb. Partiyadan mətbuata verilən məlumata görə Müsavat başqanının prezidentliyə namizədliyi rəsmən təsdiqlənib. Toplantıda İctimai Palatanın prezident seçkilərində iştirakı müsbət qiymətləndirilib. Məsələyə münasibət bildirən İctimai Palata və AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə İctimai Palata İsa Qəmbərin vahid namizədliyi ilə bağlı məsələ ilə razılaşmayıb: "Müsavat Partiyası sanki harasa tələsir. Hər halda namizədin müəyyənləşdirilməsi üçün çox vaxt var. İndiki məqamda müxalifətə daxil olan partiyaların maksimum dərəcədə biri-birinə yaxınlaşmasına, təmərküzləşməsinə nail olmaq lazımdır. Amma, bu cür addımlar müxalifəti çətin duruma salır. Hadisələrin bu cür inkişafı yaxşı nəticələrə gətirib çıxarmayacaq" ("OLAYLAR"İA)