YAP prezident seçkilərinə start verib
25 Dekabr 2012 12:48 Siyasət"Yeni Azərbaycan Partiyası 2013-cü il prezident seçkilərinə hazarlıqla bağlı işlərə startr verib". Bu barədə məlumat verən YAP sədrinin müavini, İcra katibi Əli Əhmədovun sözlərinə görə, təmsil etdiyi partiya bu istiqamətdə ciddi işlər həyata keçirməkdədir: "Baxmayaraq ki, seçkilərin keçirilməsinə təxminən on ay qalır, amma formalaşmış ənənəyə görə, YAP seçkilərə xeyli müddət qalmış hazırlıq işlərinə start verir. Artıq YAP-da bu işlərə start verilib, biz uzunmüddətli bir hazırlıq proqramını həyəata keçirirk. Bu proqramda bütövlükdə YAP-ın strukturlarının seçkiyə hazırlanması vəzifəsi qarşıda dayanır. Eyni zamanda, qarşıdan gələn prezident seçkilərinin strategiyası və hədəfi müəyyən edilir. Biz indi bu işlərlə məşğul oluruq. 2013-cü ilin ilk aylarından isə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik".