Həm YAP, həm də Azərbaycan xalqı yeganə namizəd kimi İlham Əliyevi görür

Əli Əhmədov: “Azərbaycan vətəndaşlarının 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyi formalaşıb”

Dekabrın 24-də Bakıda "2013-cü il: yeni uğurlar, yeni zəfərlər" adlı konfrans keçirilib. YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, artıq 2012-ci il başa çatmaq üzrədir və biz 2013-cü ilə qədəm qoyuruq: "Hesab edirəm ki, 2012-ci il Azərbaycan üçün kifayət qədər uğurlu, böyük nailiyyətlərlə yadda qalan il kimi tariximizə daxil olacaq. Bu il Azərbaycan üçün ciddi nailiyyətlər hesab oluna biləcək hadisələr baş verib. Bu il Bakıda Avropanın mötəbər mahnı müsabiqəsi keçirildi. 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərib və bir ay müddətində təşkilata sədrlik edib. Gənc dövlətimiz üçün bu dərəcədə mötəbər beynəlxalq təşkilata rəhbərlik etmək Azərbaycanın bütövlükdə hörmətinin, nüfuzunun kifayət qədər yüksək olmasından xəbər verir. Bu ilin digər uğurlu hadisəsi London Yay Olimpiya Oyunlarında əldə etdiyimiz yüksək nəticələr oldu. Eyni zamanda, bir neçə gün əvvəl tarixdə ilk dəfə I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub. Bütün bunların hamısı Azərbaycanın inkişafının, ölkəmizin dünyada rolunun artmasından xəbər verir. Daxili siyasətə gəlincə, Əli Əhmədov qeyd edib ki, ölkəmizin iqtisadi inkişafı sahəsində çox əhəmiyyətli layihələr həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı sayəsində insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb: "Bütün bunların əsasında bu ilin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. 2012-ci il partiyamız üçün də uğurlu oldu. Belə ki, YAP ötən müddətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirib. Ölkəmizin ictimai-siyasi həyatında partiyamızın nüfuzu, rolu daha da artıb. Beynəlxalq əlaqələr baxımından vacib addımlar atılıb, ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində YAP bir çox partiyalar, beynəlxalq qurumlarla əməkdaşlığını genişləndirib. Xüsusilə, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının  7-ci Baş Assambleyasının Bakı şəhərində keçirilməsi əhəmiyyətli hadisə oldu. Asiyanın 33 ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbir YAP-ın təkcə ölkəmizin daxilində deyil, daha geniş miqyasda, bütövlükdə beynəlxalq aləmdə geniş əlaqələr qurmasından xəbər verir. Beləliklə, ölkəmiz və xalqımız üçün əlamətdar olan və bir çox nailiyyətləri ilə tariximizə daxil olacaq 2012-ci il Yeni Azərbaycan Partiyası üçün də uğurlu oldu".

Onun sözlərinə görə, Azərbaycan 2013-cü ilə indiyədək qazandığımız uğurlar əsasında daxil olur. Bu inam üçün kifayət qədər ciddi əsaslar var. Həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm insanların rifahının yüksəlməsi, həm də ölkəmizdə infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağına dərindən inanırıq". 2013-cü ilin Azərbaycanda növbəti prezident seçkiləri ili olacağını deyən Əli Əhmədov bildirib ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin ümumi rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Onun sözlərinə görə, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür: "Hesab edirəm ki, belə bir rəyin qəti şəkildə formalaşmasının ciddi əsasları var. Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib, bu illər ərzində beynləxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazanıb. İqtisadi yüksəliş nəticəsində insanların rifahında çox ciddi dəyişikliklər baş verib, yoxsulluğun həddi 49 faizdən 7 faizə qədər aşağı salınması, 1 milyondan çox yeni iş yerlərinin açılması insanlarımızın rifahının köklü surətdə dəyişməsinə səbəb olub. Azərbaycanın modernləşməsi, yeniləşməsi, iqtisadiyyatdan başlamış həyatın bütün sferalarında yeni texnologiyaların tətbiq edilməsi Prezident İlham Əliyevin siyasətinin çox mühüm nailiyyətlərindəndir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı nəticəsində bölgələrin sürətli inkişafı, simasının dəyişməsi, çoxlu iş yerlərinin açılması bütövlükdə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi dövründə yüksəlişinin ayrı-ayrı səhifələridir. Bu, ümumilikdə Azərbaycanın müasir həyatının yeni mənzərəsinin formalaşmasına gətirib çıxarıb. Bütün bu realllıqlar, o cümlədən ölkəmizinin beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin güclənməsi, çox əhəmiyyətli beynəlxalq layihələrdə Azərbaycanın həlledici iştirakçı kimi çıxış etməsi və s. addımlar vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətini formalaşdırıb".

Əli Əhmədov qeyd edib ki, bu münasibət qəti şəkildə Azərbaycan vətəndaşlarının 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyini formalaşdırıb. Onun sözlərinə görə, Azərbaycan xalqının mövqeyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin növbəti beş ildə ölkəmizə başçılıq etməsi ötən illər ərzində onun rəhbərliyi ilə sürətli inkişafın  növbəti beş ildə də davam etməsi deməkdir.
Baş nazirin birinci müavini Yaqub Eyubov bildirib ki,  Prezident İlham Əliyevin səyi nətiəsində Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurlar qazanılıb, ölkəmiz dayanıqlı inkişaf yoluna keçib. İctimai-siyasi asayiş qorunub saxlanılıb. Aparılmış bazar iqtisadiyyatı üçün əlverişli baza yaradılıb: "2004-cü ildən bu günədək ÜDM 2 dəfə, qeyri-neft sektoru 2,4 dəfə, dövlət büdcəsinin gəlirləri 14 dəfə, əhalinin gəlirləri 5, orta aylıq əmək haqqı 4 dəfə çoxlaıb. Yoxsulluq həddi isə 7,5 faizə çatıb. Bir sözlə, ölkəmiz İKT, nəqliyyat, turizm, vergi və bütün sahələrdə inkişaf edib". Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Prezidentin qısa müddətdə həyata keçirdiyi düzgün siyasət Azərbaycanı təkcə regionda deyil, bütün dünyada sayılıb, seçilən dövlətə çevirib. Avropanın enerji təminatçısına çevrilib Azərbaycanın dövlət müstəqilliyinin qorunması, vətəndaşların rifah halının yüksəldilməsi İlham əliyevin həyata keçirdiyi uğurlu iqtisadi startegiya nəticəsində mümkün olub. Hüquqi, demokratik, dünyəvi dvlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquqlarının müdafiəsi sahələrində uğurlar əldə olunub. Azərbaycan Cənubi Qafqazda iqtisadi payı 80 faizə çatıb. Bu da Azərbaycanı regionun lider dövlətinə çevirib. Onun həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan rəqabətə davamlı və ixracatçı öıkəyə çevrilib. Beynəlxalq təşkilatlarla qarşılıqı əməkdaşlığın qurulması Azərbaycanın BMT TŞ-də sədrlik etməsinə gətirib çıxardı. Azərbaycan bu mötəbər tribunada Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bildi: "Bəzi dairələr bizim əvəzimizə qərar qəbul etmək, siyasi kursun müəyyən edilməsi məqsədilə ölkədə baş verən prosesləri şişirdir, Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Lakin nəticədə bu proses fiaskoya uğrayır və uğrayacaq. Bütün bunlara baxmayaraq Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutacaq". Millət vəkili Şəmsəddin Hacıyev deyib ki, ölkədə yerli investisiyaların həcmi artmaqdadır. Azərbaycanın son 9 ildə qazandığı iqtisadi nailiyyətləri, inkişaf etmiş ölkələr bu uğurları 60-70 il müddətə başa gəlib. Hazırda ölkəmiz dünyada orta gəlirli ölkələr sırasındadır. Qarşıdakı məqsədimiz isə ən yüksək gəlirli ölkələr siyahısına düşməkdir. İndi ölkədə sosial islahatlar sürətlə aparılır və yüksək nəticə əldə olunub. Azərbaycan 9 il müddətində borc alan ölkədən borc verən ölkəyə çevrilib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00