Azərbaycan bütün sahələrdə uğur əldə edib

"Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox işlər görülüb, böyük uğurlara imza atılıb. Bu dövr ərzində istər iqtisadi inkişaf, istər tikinti-abadlıq, quruculuq işləri sahəsində, istərsə də digər istiqamətlərdə böyük və dinamik addımlar atılıb". \"OLAYLAR"İA\ Bunu deyən Yeni Azərbaycan Partiyasının  icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu dövrdə görülən işlər demək olar ki, bütün sahələri əhatə edib: "Hər bir sahədə əldə olunan uğurlar göz önündədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Şuraya sədrlik etməsi, "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi və digər məqamlar bunun əyani sübutudur". Onun sözlərinə görə, uğurlarımıza bu günlərdə daha biri əlavə olunub. Avropa Olimpiya Oyunlarının 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00