“Sərkisyanın KTMT- ilə bağlı ümidləri yalınız eyforiyadır” - Aqil Camal

“Heç bir ölkə Ermənistana görə Azərbaycana qarşı cəbhə açmaz”

Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın yanında olacağını bildirib. Bu bəyanatın verildiyi ərəfədə Özbəkistanın KTMT-dan çıxması Ermənistan üçün əsl sürpriz oldu. Bəs, qurumda üzv olan digər respublikalar müharibə başlayacağı təqdirdə Azərbaycana qarşı hərbi blokda iştirak edə bilərlərmi?

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bildirir ki, Ermənistanın KTMT ilə bağlı ümidləri eyforiyadan başqa bir şey deyil. Onun sözlərinə görə, işğalçı Ermənistana görə heç kim Azərbaycana qarşı cəbhə açmaz: "KTMT zorən - Rusiyanın öz ətrafında hərbi birliyin mövcud olduğu görüntüsünü yaratmaq üçün ortaya çıxardığı formal qurumdur.  Qurumun üzvlərinin sırasına diqqət etdikdə görərik ki, Ermənistan istisna olmaqla, heç bir ölkə, hətta Rusiya açıq şəkildə Azərbaycana qarşı hərbi blokda savaşmaz. Necə təsəvvür edirsiniz, Azərbaycanla eyni soydan olan Qazaxıstan və Qırğızıstan ermənilərə görə Azərbaycana qarşı dayana bilərmi, Həmçinin, Azərbaycanla yüksək münasibətləri olan Taciksitan, Belarus. Ona görə də Sərkisyanın məlum açıqlaması özünətəsəllidən və özünüaldatmadan başqa bir şey deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00