Azərbaycan Dağlıq Qarabağ ərazini işğaldan azad etməlidir - MÖVQE

Ziyafət Əsgərov: “Əks halda Azərbaycanın öz ərazilərini işğaldan azad etməyə tam hüququ var.”

"Azərbaycan öz torpaqlarının işğalı faktı ilə barışa bilməz. Bu belə də olmalıdır. Çünki müharibə hələ bitməyib, sadəcə, müharibənin birinci mərhələsi başa çatıb". \"OLAYLAR"İA\ Bunu deyən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun  sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ ərazini işğaldan azad etməlidir: "Əks halda Azərbaycanın öz ərazilərini işğaldan azad etməyə tam hüququ var. Azərbaycanın hərbi qüdrəti ilbəil artır. Hərbi xərclər ildən-ilə çoxalır.  Büdcədən ən çox hərbi sahəyə xərclər ayrılır. Bu fakt bəzi qüvvələri narahat edir. Lakin bu təbiidir, çünki Azərbaycan torpaqları işğal olunub və Ermənistanla aparılan danışıqlar nəticə vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00