Rusiya Suriyadan ümidini tamam üzüb - AÇIQLAMA
Elxan Şahinoğlu: “Rusiya Əsəd rejimini qorumaq üçün heç bir siyasi taktika ortaya qoya bilmir”
24 Dekabr 2012 16:33 SiyasətMətbuata açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada İraq ssenarisinin təkrar edilməsinin mümkünlüyündən danışıb. Lavrovun sözlərinə görə BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət həvalə etdiyi yeganə düzgün variantına tərəfdar olmalıdır və TŞ daxili münaqişənin tərəflərindən birini dəstəkləməməlidir. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Rusiya Suriyadakı rejimi açıq şəkildə dəstəkləyir və Əsəd rejimini qorumaq üçün heç bir siyasi taktika ortaya qoya bilmir: "Ona görə də bu cür elementlərdən istifadə edir. Suriyada həqiqətən ağır şəkildə vətəndaş müharibəsi gedir və Rusiyanın Suriya planlarında yumşalma hiss olunur. Ortada bir həqiqət də var ki, Suriya müxalifətinin rejim üzərində qələbə çalması getdikcə asanlaşır. Bu mənada da Rusiya bir qədər balanslaşdırma siyasəti aparmaq istəyir. Sergey Lavrovun dediklərində həqiqətlər var, bu baxımdan Suriyanın gələcəyi problemli ola bilər. Daxildə olan sünni, şiə və digər bloklar arasında mübarizə gedir. Ümumilikdə isə Rusiyanın Suriya mövqeyi yalnışdır" ("OLAYLAR" İA)