Hüseyn Türkelli: “Güney Azərbaycanın fars rejimindən azad olması üçün tarixi şərait yaranıb”

Güneyli milli hərəkatçı Bakıda görüşlərini davam etdirir

"İnsan uzun müddət qürbətdə yaşaya bilmir, Təbrizə getməyim mümkün deyil, ona görə də vaxt tapan kimi ara-sıra Azərbaycana gəlirəm ki, Vətəni ziyarət edim". Bu barədə "OLAYLAR"a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Hüseyn Türkelli deyib. Türkelli Güney Azərbaycan məsələsinə toxunaraq bildirib ki: "Güney Azərbaycanın fars rejimindən azad olması üçün tarixi şərait yaranıb. Pozitiv nəticə əldə etmək üçün həm güneyli fəallar, həm də ki, quzeydəki soydaşlarımız həmrəylik nümayiş etdirməlidirlər. Artıq İran daxilində açıq şəkildə molla rejiminə çıxan azərbaycanlılar irəli sürülən iddialara əsas verirlər". Hüseyn Türkellinin sözlərinə görə, o, hal-hazırda Kanadanın Toronto şəhərində yaşayır, hüquq müdafiəçisidir, heç bir siyasi təşkilatın üzvü deyil və Toronto Vəkillər Kollegiyasının üzvüdür. (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00