VHP qərarsızdır
Partiyada seçkilərlə bağlı fikir müxtəlifliyi var
24 Dekabr 2012 15:28 SiyasətVətəndaş Həmrəyliyi Partiyası gələn il keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini hələlik dəqiqləşdirməyib. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli bunu VHP-çilərin bir-birindən fərqli mövqedən çıxış etməsi ilə əlaqələndirib: "Partiyada bir qism hesab edir ki, müxalifətin seçkilərdə vahid namizədlə iştirakı məqbul olardı. Digər bir qism isə belə qənaətdədir ki, müxalifət vahid namizəd müəyyən etməyəcəyi təqdirdə Vətəndaş Həmrəyliyi Partiyası prezident seçkilərinə öz namizədə ilə qatılsın. Eyni zamanda Seçki Məcəlləsində dəyişiklik edilmədən və seçki komissiyaları paritet əsaslarla formalaşmadan seçkilərdə iştirak etməyin mənasız olduğunu düşünənlər də var. Ona görə də hələlik partiya prezident seçkiləri ilə bağlı yekun qərar qəbul etməyib".