AMİP-dən müxalifətə çağırış
“Demokratik qüvvələrin bir araya gəlməsi vacibdir”
24 Dekabr 2012 15:27 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, AMİP rayon-şəhər) təşkilat sədrlərinin də iştirak etdiyi iclasda ölkədəki ictimai siyasi vəziyyət, müxalifət partiyaları arasında inteqrasiya məsələləri, 2013-cü il prezident seçkilərinə hazırlığın vəziyyəti, müstəqil hüquqşünasların hazırladığı seçki memorandumu sənədləri, insan hüquqlarının vəziyyəti, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması və cari məsələlər geniş müzakirə olunub. Mərkəzi Şura üzvləri ölkənin aparıcı demokratiq qüvvələrinin bir araya gəlməsini və birgə mübarizənin vacib olduğunu qeyd ediblər. İclasın sonunda Mərkəzi Şuranın qətnaməsi qəbul edilib.