Gürcüstanda vətəndaş müharibəsi başlana bilər - RƏYLƏR
Daxildə ikihakimiyyətliliyin yaranmasına görə İvanişvili məsul tutulur
24 Dekabr 2012 15:20 SiyasətDaxildə yaranmış ikihakimiyyətlilik heç də Gürcüstanın sabitliyi üçün qarant rolunu oynamayacaq. Gürcüstanın siyasi böhrana sürüklənməsinin arxasında baş nazir Bidzina İvanişvili dayanır. İvanişvili parlamentdəki qələbəsini rəsmiləşdirdikdən və baş nazir postuna sahib olduqdan sonra Mixail Saakaşvilin keçmiş komandası təzyiqlərə, təqiblərə məruz qalaraq həbs olunurlar. İvanişvili bu qərarlara getməklə daxildəki vəziyyəti öz xeyrinə dəyişmək və Saakaşvilini Gürcüstanın siyasi həyatından kənarlaşdırmağa çalışır. Sözssüz ki, baş nazir bütün bu qərarları Kreml üzərindən həyata keçirir. İlk əvvəl üzdə Rusiyanın anti-gürcü siyasətinə qarşı olduğunu göstərsə də müəyyən vaxtdan sonra İvanişvili heç də bu niyyətdə olmadığını ortaya qoydu. İvanişvili pərdələnmiş qərarlarla "anti-Kreml" siyasətinə getməsi əslində başa düşülən sayılmalıdır. Çünki, İvanişvilinin açıq arusmeyilli siyasəti onun hələ hakimiyyətdə möhkəmlənmədən kreslosunun laxlamasına gətirib çıxara bilərdi. Və bütün bunları nəzərə alan Kreml agenti Gürcüstanda Rusiya təsirlərinə yol açmaq üçün mərhələi siyasət takstikasını seçdi. İvanişvilinin siyasi oyunun ana xəttində məhz ilk öncə Mixail Saakaşvilini Gürcüstan siyasətindən kənarlaşdırmaq dayanır. Çünki, Saakaşvili İvanişvilin bütün planlarında ciddi rəqib sayılır. İvanişvilini tək Rusiya dəstəklədiyi halda Saakaşvilinin arxasında Azərbaycan, Türkiyə, Qərb və ABŞ kimi qüvvələr dayanır. Məhz İvanişvilinin xarici siyasət xəttində Azərbaycan faktoruna əhəmiyyət verməməsi də bu amildən doğur. Bütün bu hadisələr fonunda hal-hazırda Gürcüstanda ikihakimiyyətliklik hakim kəsilib. Hakimyyətdaxili qarışıqlıq Gürcüstanda vətəndaş müharibəsinə yol aça bilər. Amma, heç də məsələ bu çərçivədən baxanda da sadə olmaya bilər. Gürcüstanda hələ Saakaşvilinin geniş səlahiyyətlərə sahib olduğunu nəzərə alsaq İvanişvili müəyyən vaxtdan sonra Gürcüstan siyasətindən kənarlaşıdırıla bilər. Hər-halda Saakaşvilinin Gürcüstanda siyasi sabitliyi pozmağı qarşısına məqsəd qoyan İvanişvili haqqında adekvat qərarlar qəbul etmək məqəsədəuyğun sayılmalıdır. Gürcüstan hakimiyyətində yaranmış ikitirəlilik barədə siyasi analitiklər müxtəlif proqnozlar verirlər.
Qabil Hüseynli: "İkihakimiyyətlilik Gürcüstanda vətəndaş müharibəsinə səbəb ola bilər"
"Gürcüstanda İvanişvili və Saakaşvili arasındakı siyasi böhran getdikcə dərinləşir, bu da Gürcüstanda vətəndaş müharibəsinə gətirib çıxara bilər" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Saakaşvili bu cür vəziyyətin yaranmasına imkan verməyəcək: "Hələ ki, Saakaşvili prezident seçkilərinə hazırlaşır, seçkilərə qədər də Saakaşvilinin səlahiyyəti var ki, parlamenti buraxsın. Parlamenti buraxsa yeni seçkilər keçirilə bilər, bunun üçün də ciddi hazırıaşmaq lazım gələcək. Buna görə də parlament toplanaraq Saakaşviliyə impiçment (yəni prezident vəzifəsindən kənarlaşdırılması) tətbiq edə bilərlər. Ona görə də hakimiyyət daxilində vəziyyət gərgindir. Saakaşvili elə hərəkət eləməlidir ki, parlamentdə müəyyən dayaq tapmalıdır həm də xalq içərisində İvanişvilinin apardığı siyasətin yalnız popureizmdən ibarət olduğunu izah etməlidir. Bir sözlə Gürcüstanda siyasi qüvvələrin nisbəti hələ ki, İvanişvilinin xeyrinədir. Amma, Saakaşvili qısa zamanda bu nisbəti aradan qaldıracaq və Saakaşvili İvanaşvilinin avantürist siyasətinə son qoyacaq"
Vəfa Quluzadə: "Türkiyə, Azərbaycan və Gürcüstan bir araya gəlib regionda qayda-qanun yaratmalıdırlar"
Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, ikihakimiyyətlilik Gürcüstanda acınacaqlı vəziyyətin yaranmasına səbəb ola bilər: "Əgər Qərb və Türkiyə Gürcüstana dəstək verməsə Gürcüstan düşəcəyi bu situasiyadan çıxa bilməyəcək. Gürcüstana dəstək verərək ölkədəki vəziyyəti dəyişmək çox asan bir məsələdir, hadisələrin bu yerə çatmasındakı təqsirin çoxu gürcülərin özlərindədir. Məsələn, gürcülər türklərlə əməkdaşlıq edə bilərlər, amma nədənsə çəkinirlər. Görünür, vaxtilə Osmanlı imperiyasından əzab çəkiblər, ya da ki, Osmanlıdan çəkinib gedib Rusiyada sığınacaq tapıblar. Görünür bu əhval-ruhiyyə onlara təsir edib. İndiki məqamda Gürcüstan Türkiyəyə yaxınlaşsa Gürcüstanın heç bir problemi olmaz. İkinci məsələ də ki, Azərbaycan Gürcüstana köməklik etmək üçün cəhdlər etməlidir. Çünki, Azərbaycanın böyük projeləri onlardan asılıdır. Ona görə də Rusiyaya imkan vermək lazım deyil ki, ruslar məsələdə katib olmasından istifadə edib Gürcüstanı ələ keçirsinlər. Vəziyyətin bu yerə çatmaması üçün Türkiyə, Azərbaycan və Gürcüstan bir araya gəlib regionda qayda-qanun yaratmalıdırlar".
İvanişvilinin yeridiyi ən qaranlıq siyasət xətti Gürcüstanda yaşayan azərbaycanlılarla bağlıdır. Ruspərəst İvanişvili Gürcüstanda yaşayan azərbaycanlıları ölkə ərazisndən çıxarmaq niyyəti güdür. İvanişvilin Gürcüstan daxilində etnik azlıqlarla münasibəti baş nazirin radikal millətçi potretini cızır. Bunu təkbaşına etməyəcəyini yaxşı başa düşən İvanişvili ətrafına erməniəsilli siyasətçiləri toplayır. İvanişvilinin azərbaycanlılara qarşı kin bəsləməsinin arxasında Azərbaycanın Rusiyanın əhatə dairəsindən uzaqlaşmasıdır. Rusiya prezidenti Vladimir Putin Azərbaycan vətəndaşlarını Rusiyadan, baş nazir Bidzina İvanişvili də Gürcüstan ərazisndən çıxarmaqla Azərbaycanda qarışıqlıq yaratmaq istəyindərlər. Bu radikal siyasətə getməklə Putin və komandası SSRİ-nin yenidən qurulması üçün münbit şərait yaratmağı qarşılarına məqsəd qoyublar.
Mənsur Rəğbətoğlu
t