Saakaşvili parlamenti buraxa bilər - AÇIQLAMA
Cümşüd Nuriyev: “İvanişvili Gürcüstan üçün bəlalar yaradacaq”
24 Dekabr 2012 15:15 SiyasətGürcüstanın yeni seçilmiş baş naziri Bidzina İvanişvili üçün verilən proqnozlar artıq özünü doğrultmağa başlayıb. İvanişvilin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə uzlaşma siyasətinə getməyə cəhd etməməsi irəli sürülən iddialara əsas verir. İvanişvilinin qısa müddətli siyasət dövrü Gürcüstanın Qərb dəyərlərindən kənar qalmasına gətirib çıxardı. Bu çərçivədə həmçinin Saakaşvilinin keçmiş komandası təqiblərə məruz qalaraq həbs olundu. Tam mənada demək olar ki, İvanişvili Gürcüstanda yaranan ikihakimiyyətliliyin banisidir. "İvanişvili hakimiyyətə gələndən sonra Gürcüstan əvvəlki yolundan kənara çəkilir. İvanişvili Rusiyanın təzyiqilə Azərbaycana göstərdiyi təsir də anlaşılan deyil" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Saakaşviliyə olan hücumların arxasında Rusiyanın maraqları dayanır, çünki İvanaşvili ikihakimiyyətlilik yaratmaqda maraqlıdır: "Artıq gürcü baş nazir Saakaşvilini siyasi oyundan kənarlaşdırıb, bu birmənalı şəkildə ABŞ-ın Gürcüstandan kənara çıxarmasına gətirib çıxara bilər. Amma, bunun Azərbaycan üçün problemləri olacaq. Əvvəla Azərbaycanın bütün layihələri Gürcüstan üzərindən həyata keçirilir, yəni yaxın vaxtlarda Azərbaycanın həmin layihələri ilə bağlı müəyyən araşdırmalar aparıla bilər. Bunun Gürcüstan üçün ağır nəticələri olacaq. Vəziyyət bu cür davam etsə Saakaşvili parlamenti buraxa bilər. Parlament buraxılandan sonra yeni seçkilər keçiriləcək. İvanişvili bu cür qərarlara getməklə Saakaşvilini tamam hörmətdən salmağa çalışır. İkincisi Gürcüstanda artıq şovinizm baş qaldırmağa başlayıb. Burada digər millətlərə təzyiqlər edilir, çünki Gürcüstanın daxili işlər naziri Qorbaşvili ermənidir. İvanişvili və komandası çalışacaq ki, Gürcüstanda yaşayan aborigen millət olan azəri türklərini Gürcüstandan çıxarsınlar. İvanaşviliyə "yeni Stalin" deyilsə daha yaxşı olar, yəni İvanişvili neo-stalinizmi həyata keçirməyi bacaran adamdır. Bidzina Gürcüstan üçün bəlalar yaradacaq" ("OLAYLAR" İA)