İraqdakı PKK düşərgələri bombalandı

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlarda əsasən hərbi hava qüvvələri iştirak edib. Diyarbəkir 2-ci Hava Qüvvət Komandanlığına məxsus qırıcı təyyarələr PKK terror təşkilatının Şimali Iraqda yerləşən Hakurk mağarasını bombalayıblar. F-16 qırıcı təyyarələrinin zərbələri nəticəsində terror təşkilatının xeyli sayda canlı qüvvə və texnika sarıdan itgi verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00