Səudiyyə Ərəbistanından İrana sərt təpki

Səudiyyə Ərəbistanı xarici işlər naziri Suud Əl-Faysal İranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Körfəz Əməkdaşlıq Şurasının Bəhreyndə keçirilən toplantısından sonra jurnalistlərə açıqlama verən səudiyyəli nazir deyib ki, Tehranın bu addımdan çəkinməsi dəfələrlə onun diqqətinə çatdırılsa da, lakin İran inadından geri çəkilmir.  Onun sözlərinə görə, İran region ölkələrindəki vəziyyətdən yararlanaraq yeni fitnə çıxarmağa çalışır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00