Abdulla Gül: 4 aydan sonra ilk dəfə...

Qulağındakı ağrı səbəbilə 4 aydır səyahətlərində hava yolundan istifadə etməyən Türkiyə prezident Abdulla Gül dünən axşam xüsusi təyyarə ilə İstanbula gedib.Milli.Az TRT-yə istinadən bildirir ki, prezidenti xanımı Hayrunisa Gül müşayiət edib.Daxili qulaqda maye təzyiqinin yüksəlməsi diaqnozu qoyulan Gül 10 gün Hacəttəpə Universitetinin Tibb Fakültəsi Xəstəxanasında müalicə olunmuşdu. Həkimləri prezidentin təyyarəyə minməməsini tövsiyə etmişdilər. Bu səbəbdən Gülün xarici səfərləri təxirə salınmış, ölkə daxilində isə quru nəqliyyatından istifadə edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00