Oqtay Əsədovdan beynəlxalq təşkilata sərt ismarıc

“Avropa Şurası ölkəmizə qarşı ikili standartlarla yanaşır”

Millət vəkili Zahid Oruc Milli Məclisin iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərin yeni mərhələsinə başlamalıdır: "Münasibətlər sıfırdan başlanmalı, yeni öhdəliklərlə bağlı müqavilə imzalamalıdır. O şərtlə ki, Avropa Şurası da müəyyən öhdəliklər götürsün". Spiker Oqtay Əsədov bildirib ki, Avropa Şurası ölkəmizə qarşı ikili standartlarla yanaşır: "Azərbaycan tərəfi Avropa Şurasına daxil olduqdan onlarla öhdəlik yüklədilər. İndi yeni müqavilə ilə daha 50 öhdəliyə ehtiyac yoxdur. Biz bütün öhdəlikləri yerinə yetirmişik. Yalnız bir neşə öhdəlik qalıb ki, onun da yerinə yetirilməsi istiqamətində iş gedir. Bundan sonar məsələ qaldırmalıyıq ki, qurumun monitorinqinin altından şıxaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00