Vladimir Putinin arzusu yerinə yetməyəcək - RƏY

Vəfa Quluzadə: “Putinin bütün arzuları həyata keçsə, dünya dağılar”

Rusiya prezidenti hər keçən gün birlik haqqında mesajların sayını artırır. Rusiya dövlət başçısı 2015-ci ilə qədər öz ideyalarını həyata keçirməyi planlaşıdır. Bunun nə dərəcədə real olduğunu zaman göstərəcək. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Vladimir Putinin ideyaları cəfəngiyyatdan başqa heç nə deyil: "İstər SSRİ-nin özünün, istərsə də Sovetlər Birliyinin yeni formatda yaradılması mümkün deyil. Putin heç vaxt bu cür mesajları qətiyyətlə demir, sadəcə SSRİ-nin arzusunda olduğunu bildirir. Putinin bütün arzuları həyata keçsə dünya dağılar. Ona görə onun heç bir arzusu indiyədək yerinə yetməyib. Rusiyada orduda, nə səhiyyədə, nə də ki, digər sektorlarda islahat aparmağı bacarmayıb. Ruslar Putindən narzıdır" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00