“Wikileaks" gələn il 1 milyondan çox sənəd yayacaq
21 Dekabr 2012 13:44 Siyasət"Wikileaks"in qurucusu Culian Assanc sükutu pozub. Assanc gələn il çox məşhur olacaqlarını deyib: "Bir milyondan çox sənəd yayacağıq və bu sənədlər dünyadakı bütün ölkələrə təsir edəcək". Assanc 6 ay əvvəl sığındığı Ekvador səfirliyindən çıxıb-çıxmayacağına dair açıqlama verməyib.
Qeyd edək ki, ABŞ hökuməti gizli sənədləri yayması səbəbilə Assanc haqqında istintaq aparır. İsveç də 2010-cu ildə bu ölkəyə səfər etdiyi zaman qadına təcavüz etdiyinə dair iddialar səbəbilə Assancın təhvil verilməsini istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00