Partiya sədrinin həyatı üçün təhlükəli anlar
21 Dekabr 2012 12:01 SiyasətTürkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici Misirin Əl Ariş bölgəsinə yaxın bir yerdə bədəvilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmanın ortasında qalıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cangüdənlərinin gərgin əməyi sayəsində qarşıdurmanın mərkəzindən çıxarılan BBP lideri Qahirədəki otellərdən birinə yerləşdirilib.
Qeyd edək ki, BBP lideri Qəzzaya səfərini başa vurduqdan sonra Misirə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00