Oqtay Əsədov: “Azərbaycan münaqişənin dinc danışıqlar yolu ilə həllinin tərəfdarıdır”
20 Dekabr 2012 15:15 Siyasət"Ermənistan tərəfindən zorla münaqişəyə cəlb olunan Azərbaycan münaqişənin tezliklə müsbət və ədalətli həllinin tərəfdarıdır". Bunu Milli Məclisin sədri Oqtay Əsədov İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusman ilə görüşdə deyib. Spiker bildirib ki, Azərbaycan təcavüzə məruz qalsa da münaqişənin dinc danışıqlar yolu ilə həllinin tərəfdarıdır. O.Əsədov əlavə edib ki, gələn il Azərbaycan və İndoneziya dövlət başçılarının qarşılıqlı səfərləri gözlənilir. Spiker qeyd edib ki, ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasının da genişləndirilməsi vacibdir. Bu istiqamətdə artıq 5 hüquqi sənəd imzalanıb, ikisi isə imzalanmaq ərəfəsindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00