Putin: "Saakaşvili vəziyyəti dalana gətirib çıxarıb"

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında Rusiya-Gürcüstan münasibətləri ilə bağlı sualı cavablandırıb. APA-nın Moskva müxbirinin məlumatına görə, prezident bildirib ki, iki xalq arasındakı münasibətləri normallaşdırmaq vacibdir və buna çalışmaq zəruridir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Gürcüstan baş nazirinin Rusiya ilə münasibətləri normallaşdırmaq üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşünü xatırladan V.Putin deyib ki, rəsmi Moskva Gürcüstan hökumətindəki "yeni, amma ürkək" dəyişiklikləri görür: "Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili vəziyyəti dalana gətirib çıxarıb. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında qərarını dəyişə bilməz, Gürcüstan isə onların müstəqilliyini tanıya bilməz. Ona görə də deyə bilmirəm ki, bu şəraitdə neyləmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00